Rusiyada avtobus qəzası: 4 ölü, 14 yaralı

Rusiyada avtobus qəzası: 4 ölü, 14 yaralı
  31 Yanvar 2018    Oxunub:1670
Rusiyanın Rostov vilayətində avtobus qəzası baş verib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 14 nəfər yaralanıb. Ölən şəxslərdən biri uşaqdır.

Qəza Bakı vaxtı ilə 05:00 radələrində M-21 avtomobil yolunda qeydə alınıb. Saratov – Rostov marşrutu ilə hərəkət edən avtobusun yolun buz bağlaması səbəbindən qəzaya uğradığı ehtimal olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Avtobus   Qəza  



Xəbər lenti