Makron ermənilərə: “Sizi bir daha məyus edəcəyəm”

Makron ermənilərə: “Sizi bir daha məyus edəcəyəm”
  31 Yanvar 2018    Oxunub:20236
Fransa prezidenti Emmanuel Makron erməniləri məyus edib.
AzVision.az “France 24” telekanalına istinadən xəbər verir ki, Makron yanvarın 30-da Fransada yerləşən Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) tərəfindən qondarma "erməni soyqırımı"nın anım mərasiminə dəvət edilib.

CCAF-ın həmsədrləri Ara Toranyan və Murad Papazyan Makronu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoq siyasətini müdafiə edən və Qarabağ münaqişəsində bitərəfliyini qoruyan Makron ermənilərin təklifindən qəti şəkildə imtina edib: “Sizi bir daha məyus edəcəyəm. Çünki, Qarabağa səfər etməyəcəyəm. Əgər belə bir addım atsam, Fransanın bu münaqişədəki vasitəçi rolunu, neytral və effektiv mövqeyini itirə bilərəm”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Fransa   Azərbaycan   Türkiyə   Makron   Qarabağ  





Xəbər lenti