İmtahanlar başa çatıb

İmtahanlar başa çatıb
  31 Yanvar 2018    Oxunub:1928
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb.
BŞTİ-dən AzVision.az-a bildiriblər ki, imtahanlarda bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlər iştirak edib.

İmtahanlara gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 70, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 138, laborant vəzifəsi üzrə 351, TDM-ə işə qəbul üzrə 37 nəfər qatılıb.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə imtahanlara qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə, laborant və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə imtahanlarda iştirak edən şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar. TDM-ə işə qəbul üzrə namizədlər 90 dəqiqə ərzində 40 suala cavab verib və esse yazıblar.

Qeyd edək ki, nəticələr təhlil olunaraq, müvafiq keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər növbəti mərhələyə dəvət ediləcəklər.

AzVision.az


Teqlər: BŞTİ   İmtahan  





Xəbər lenti