İslam Kərimovun ən yaxın adamı işdən çıxarıldı

İslam Kərimovun ən yaxın adamı işdən çıxarıldı
  31 Yanvar 2018    Oxunub:2168
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri, general-polkovnik Rüstəm İnoyatov tutduğu vəzifən azad edilib.

AzVision.az xəbər verir ki, bu barədə “Ferqane” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Onun yerinə ölkənin baş prokuroru İxtiyar Abdullayev təyin olunub.
Məlumata görə, bu gün MTX-nın Daşkənddə yerləşən Baş İdarəsinə gələn prezident Şavkat Mirziyoyev qurumu və Rüstəm İnoyatovu sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Rüstəm İnoyatov sabiq prezident İslam Kərimovun ən yaxın kadrlarından hesab olunurdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Özbəkistan   İslam-Kərimov  





Xəbər lenti