Ermənistanın 1 ton xərçəngi Rusiyaya buraxılmadı

Ermənistanın 1 ton xərçəngi Rusiyaya buraxılmadı
  31 Yanvar 2018    Oxunub:1637
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Domodedovo hava limanında Ermənistandan daxil olmuş bir ton canlı xərçəngi ölkəyə buraxmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Federal Xidmət məlumat yayıb. Məlum olub ki, yükün qablaşdırılması zamanı pozuntuya yol verilib.

Bundan əlavə, məhsulun baytarlıq sertifikatında göstərilən istehsal tarixi üzərindəki markalama etiketlərində göstərilən tarixlə uyğun gəlməyib. Bu səbəbdən məhsul Rusiya ərazisinə buraxılmayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti