Ermənistanda polis quş ovuna çıxdı - FOTOLAR

Ermənistanda polis quş ovuna çıxdı - FOTOLAR
  31 Yanvar 2018    Oxunub:3810
Ermənistanda polis brakonyerliklə məşğul olur.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı Volod Kazaryan özünün sosial şəbəkədəki hesabında öldürdüyü heyvanların fotolarını paylaşıb. Qeyd olunub ki, o, 2011-ci ildən qanunsuz olaraq ovla məşğul olub.



Onun ovladığı heyvanların içərisində adı “Qırmızı Kitaba” düşən Qafqaz qırqovulu, Bəbir, Qafqaz tetrası, Vaşaq, nəsli kəsilməkdə olan Muflon da var. Faktla bağlı məlumatlar müvafiq qurumlara göndərilib, araşdırma aparılır.





İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Brakonyer  



Xəbər lenti