Fransa İsraildəki diplomatını geri çağırdı VİDEO

Fransa İsraildəki diplomatını geri çağırdı VİDEO
  29 Sentyabr 2013    Oxunub:1627
Fransanın Xarici İşlər Nazirliyi fələstinlilərə humanitar yardım apararkən israilli əsgərin kobudluğuna etiraz əlaməti olaraq ona sillə vuran qadın diplomatını geri çağırmağı qərara alıb.
AzVision.az israel.ru-ya istinadən xəbər verir ki, hadisənin İsrail-Fransa diplomatik əlaqələrində böhrana səbəb ola biləcəyi ehtimalını diqqətə çatdıran İsrail Xarici İşlər Nazirliyinin əməkdaşı yaranmış vəziyyətin hər iki dövlət arasında münasibətlərə mənfi təsir göstərməməsi üçün danışıqlar aparıldığını və Fransa tərəfinin öz diplomatını geri çağırmaq barədə qərar qəbul etməsinə dair razılıq əldə edildiyini bildirib.

Fransalı deputat bir qrup avropalı həmkarı ilə birlikdə İsrail ordusu tərəfindən evləri dağıdılan 120 fələstinli ailəyə humanitar yardım, o cümlədən çadırlar paylamağa apararkən israilli əsgər tərəfindən zorla maşından düşürdülərkən kobud hərəkətə görə İsrail əsgərinin sifətinə sillə vurub.
İsrail Xarici İşlər Nazirliyi fransalı diplomatın israilli əsgəri vurmasını qanunazidd hərəkət kimi qiymətləndirib.
Jurnalistlərə açıqlama verən fransalı diplomat qadın isə bildirib ki, İsrail hərbçisi onun diplomat toxunulmazlığına hörmət etmədiyinə və ona qarşı nalayiq hərəkət etdiyinə görə onu sillələməyə məcbur olub.




Teqlər:  





Xəbər lenti