YAP-dan maraqlı təşviqat gedişi

YAP-dan maraqlı təşviqat gedişi
  29 Sentyabr 2013    Oxunub:1252
YAP Binəqədi rayon təşkilatında 9 oktyabr prezident seçkilərində ilk dəfə səs verəcək bir qrup gənclə “Bu günüm və sabahım” mövzusunda görüş keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, millət vəkilləri Rafael Cəbrayılov, Fuad Muradov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digərləri iştirak ediblər.
YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Qüdsi Bayramov ölkədə aparılan gənclər siyasətindən danışıb və bu siyasətin uğurla davam etdiyini bildirib. Binəqədi rayonunda gənclərin inkişafı üçün ən müxtəlif imkanların yaradıldığını bildirən Bayramov rayon ərazisində 72943 gəncin yaşadığını deyib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, Azərbaycanda gənclərin hər bir sahədə inkişaf etməsi üçün şərait yaradılıb: “Bu gün gənclər həm xaricdə təhsil alır, həm də prezidentin sərəncamı ilə yaradılmış universitetlərdə xaricə getmədən ən yükəsk təhsil əldə edirlər. Bütün bu işlərin nəticəsində böyük intellektual potensial formalaşır”.

Millət vəkili Rafael Cəbrayılov bildirib ki, gəncliyin varlığı Azərbaycanın dostlarını sevindirir, Azərbaycanı istəməyənlərin isə qısqanclığına səbəb olur: “Azərbaycan xalqı gəncliyin simasında böyük milli sərvətə malikdir.Mən bu gün sizi seçmək hüququnu əldə etməyiniz münasibətilə təbrik edirəm. Gənclik heç şübhəsiz ki, seçki günü dövlətçilik mövqeyində dayanacaq. Hər kəs seçki günü bülletini götürüb pərdənin arxasına keçəndə vicdanlı seçim etməlidir. Gənclər əməli işlə absurd vədləri ayırmal və əməli işlərə səs verməlidirlər. Bu gün əməli iş son 10 ildə keçilən yoldur”.

Milli Məclisin üzvü, millət vəkili Fuad Muradov bildirib ki, bu gün İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin bəhrəsini hər bir gənc görür. Hər kəsi seçkiyə dəvət edən Fuad Muradov 9 oktyabrda gəncləri inkişafa və stabilliyə səs verməyə çağırıb.

Sonda tədbirdə ilk dəfə səsverəcək gənclərə hədiyyələr təqdim olunub.




Teqlər:





Xəbər lenti