Rusiya FHN: Qəzaya uğrayan gəmidə dörd azərbaycanlı olub

Rusiya FHN: Qəzaya uğrayan gəmidə dörd azərbaycanlı olub
  01 Fevral 2018    Oxunub:2206
Qara dənizdə, Krım yaxınlığında korpusu zədələnən "Berq" yük gəmisi Türkiyə şirkətinə məxsusdur.

AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə rəhbərinin köməkçisi Vladimir İvanov bildirib.
O, qeyd edib ki, Moldova bayrağı altında üzən gəmi Azov dənizindən Türkiyəyə doğru hərəkət edirmiş.

Gəminin korpusunun zədələnməsi və nəticədə içəri su sızmasına görə Feodosiya şəhər limanına yardım üçün müraciət edilib.

“Gəminin ekipaj heyəti 8 Ukrayna və 4 Azərbaycan vətəndaşından ibarətdir. Gəmi Türkiyə şirkətinə məxsusdur. Onun göyərtəsində üç tondan artıq yük olub”, - deyə İvanov qeyd edib.

Hazırda gəmi dənizdə lövbər salıb. Onun taleyinə gəminin sahibləri qərar verəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   FHN   Gəmi  



Xəbər lenti