Lavrovla ATƏT sədrinin Qarabağ müzakirəsi: “Rusiyanın rolu önəmlidir”

Lavrovla ATƏT sədrinin Qarabağ müzakirəsi: “Rusiyanın rolu önəmlidir”
  01 Fevral 2018    Oxunub:2560
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, Lavrov görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, A.Alfano ilə Ukraynanın cənubunda, Dnestryanı və Dağlıq Qarabağ bölgələrində münaqişələrin həlli, habelə Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrində ATƏT-in həmsədrlik məsələləri müzakirə olunub.

Nazir bildirib ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə aktiv fəaliyyətini davam etdirəcək.

Daha sonra çıxış edən A.Alfano bildirib ki, ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması vacidbdir. Onun sözlərinə görə, Rusiya həlli gecikmiş münaqişələrin nizamlanmasında çox vacib, önəmli rol oynayır. O, qeyd edib ki, ATƏT bu münaqişələrin həll olunmasına yardım etməyə davam edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ATƏT   Rusiya   Qarabağ  





Xəbər lenti