Lavrov Məmmədyarov və Nalbandyana çağırış etdi

Lavrov Məmmədyarov və Nalbandyana çağırış etdi
  01 Fevral 2018    Oxunub:2530
"Təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı müzakirələr 2010-cu ildən başlayıb. Tərəflər arasında inamın yüksəldilməsinə dair danışıqlar aparılıb"

AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində işlər aparılır.
"2016-cı ildə baş verən məlum hadisələrdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər arasında inamın artırılması üçün konret addımların atılması istiqamətində razılıq əldə olunub. Razılağa əsasən təmas xəttində ATƏT-in müşahidəçiləri siyahısına 6-7 nəfər əlavə olunmaldır. Həmin vaxtdan etibarən bu istiqamətdə işlər aparılır. Hazırda tərəflər konkret parametrləri razılaşdırmağa yaxındırlar. Biz hesab edirik ki, ATƏT operativ olaraq bu razılaşamanı həyata keçirə biləcək",-deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri daha sonra deyib: "Mən müşahidəçilərin sayının artırılacağı təqdirdə bunun münaqişənin həllinə mane olacağına dair şübhələr eşitmişəm. Lakin istənilən münaqişənin həlli özündə təhlükəsizliyin möhkəmləndirilməsi addımlarını cəmləşdirir".

Lavrov ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılaşdırdıqları şərtlər reallaşacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Lavrov   Qarabağ   ATƏT  





Xəbər lenti