Meksika səfiri Məzahir Pənahovla görüşüb

Meksika səfiri Məzahir Pənahovla görüşüb
  01 Fevral 2018    Oxunub:2154
Fevralın 1-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşüb.
Bu barədə Meksika səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilib.

Görüşdə səfir Labardini Milli Seçki İnstitutunun fəaliyyəti və funksiyaları haqda geniş məlumatı təqdim etdi. Həmçinin statistik göstəricilər və Meksikada növbəti seçkilərin keçirilməsi zamanı həyata keçiriləcək prosedurların bəzi spesifik detallarından danışdı. Eyni zamanda qeyd etdi ki, Milli Seçki İnstitutu bir sıra xarici ölkələrlə öz təcrübəni bölüşüb və onlara seçkilərin keçirilməsi üçün düzgün seçki mexanizmin qurulmasına dair məsləhətlər verib.
Komissiya sədri, öz növbəsində, rəhbərlik etdiyi qurumun strukturu və funksiyalarından danışdı. Komissiyanın müxtəlif beynəlxalq qurumlarla olan əməkdaşlıq əlaqələrini vurğuladı. Eyni zamanda, üçüncü ölkələrdə qeyd olunan beynəlxalq tədbirlər çərçivəsində bəzi ikitərəfli görüşlərin təşkil olunması ehtimalına toxundu.

Tərəflər son illər ərzində Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsini məmnunluqla qeyd etdilər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Meksika  





Xəbər lenti