Ermənistanda polkovnik-leytenant bıçaqlanıb

  01 Fevral 2018    Oxunub : 1078
Ermənistanda polkovnik-leytenant bıçaqlanıb
Ermənistanın paytaxtı İrəvanda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az news.am-a istinadən xəbər verir ki, bu gün səhər saat 08:30 radələrində qeydə alınan insident zamanı 43 yaşlı şəhər sakini bıçaqlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, bıçaqlanan şəxs Ermənistanın güc strukturlarının birinin polkovnik-leytenantıdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayətkarın tapılması istiqamətində axtarışlar aparılır.

AzVision.az

Teqlər: Ermənistan   Bıçaqlanma   Polkovnik