“Zeytun budağı” əməliyyatında Türkiyə 29 şəhid verib

“Zeytun budağı” əməliyyatında Türkiyə 29 şəhid verib
  02 Fevral 2018    Oxunub:2485
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində keçirilən antiterror əməliyyatlarında indiyədək 29 şəhid verib.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Zeytun budağı” əməliyyatı nəticəsində 29 şəhidimiz, 36 yaralımız var”, - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyatda 800 terrorçu məhv edilib.

AzVision.az


Teqlər: Afrin   Suriya   Zeytun-Budağı   Ərdoğan  





Xəbər lenti