“Zeytun budağı”nın 13-cü günü - 811 terrorçu məhv edilib

“Zeytun budağı”nın 13-cü günü - 811 terrorçu məhv edilib
  02 Fevral 2018    Oxunub:2609
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 13-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 14 hədəf məhv edilib.

"Zeytun budağı" əməliyyatında indiyədək 811 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar uğurla davam etdirilir.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   TSQ   Suriya  





Xəbər lenti