25 mindən çox erməni Rusiya vətəndaşlığı alıb

25 mindən çox erməni Rusiya vətəndaşlığı alıb
  02 Fevral 2018    Oxunub:1765
2017-ci ildə Ermənistan vətəndaşı olan 25 144 nəfər Rusiya vətəndaşlığını alıb. AzVision.az xəbər evrir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Göstərilən dövr ərzində 657.000 erməni Rusiyanın miqrasiya xidmətində qeydiyyata alınıb, 342,000 nəfər isə miqrasiya uçotundan çıxarılıb.

Beləliklə, 2017-ci ilin dekabrına olan məlumata görə, Rusiyada Ermənistandan olan 265.000 miqrant yaşayır. Onlardan 232 min nəfəri Rusiyaya qazanc məqsədi ilə gəliblər.

Qeyd edək ki, 2016-cı ildə Ermənistan vətəndaşı olan 22 min 264 nəfər, 2015-ci ildə isə 18 min 653 nəfər Rusiya vətəndaşlığını alıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Rusiya   Erməni   Vətəndaşlıq  





Xəbər lenti