“Bizə “Green Card” lazım deyil” – Tramp

“Bizə “Green Card” lazım deyil” – Tramp
  02 Fevral 2018    Oxunub:7840
ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi ölkəyə necə insanların gəlməli olduğundan danışıb və şərtlərini açıqlayıb.

AzVision.az “Fox News”-a istinadən xəbər verir ki, Tramp ABŞ-a “Green Card”ın lazım olmadığını deyib.
“Biz ölkəmizə layiq olan və ölkəmizi sevəcək insanların gəlməsini istəyirik. Biz viza lotereyasını istəmirik”, - deyə Tramp vurğulayıb.



Qeyd edək ki, Donald Tramp bundan əvvəlki çıxışında viza lotereyasının (Green Card) ləğv olunmasını təklif etmişdi. Onun fikrincə, bu lotereya nəticəsində ABŞ-a digər ölkələrin “ən pis” adamları gəlir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp   Green-Card  





Xəbər lenti