Bıçaqlanan polkovnik Ermənistan ordusunda xidmət edirmiş

Bıçaqlanan polkovnik Ermənistan ordusunda xidmət edirmiş
  02 Fevral 2018    Oxunub:1649
Dünən səhər saat 08:30 radələrində İrəvanda münaqişə zəminində bıçaqlanan polkovnik-leytenant rütbəli zabitin Ermənistan ordusunun aviasiya qoşunlarında xidmət etdiyi məlum olub.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan təsdiq edib. Hovhannisyan bıçaqlanan hərbçinin vəziyyətinin ağır olduğunu bildirib.

O, hazırda mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicə olunur.

AzVision.az


Teqlər: Ermənistan   Polkovnik   Bıçaqlanma  





Xəbər lenti