İslam Kərimovun qızı səfir vəzifəsindən istefa verdi

İslam Kərimovun qızı səfir vəzifəsindən istefa verdi
  02 Fevral 2018    Oxunub:2632
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova – Tillyaeva ölkənin YUNESKO-dakı səfiri vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Bu gün mənim Özbəkistanın YUNESKO-dakı səfiri vəzifəsində sonuncu iş günümdür. Şübhəsiz 10 il diplomat kimi işləmək həyatımın əhəmiyyətli hissəsinə çevrilib. Mən bu qiymətsiz təcrübəyə görə, insanları tanıma imkanına, yeni şeylər öyrənmə və ən əsası öz vətənimə xidmət etmə imkanına görə minnətdaram”, - deyə İslam Kərimovun qızı öz “Facebook” səhifəsində yazıb.

Kərimovanın sözlərinə görə, o, mədəniyyət, təhsil, elm və ekologiya sahəsində layihələrinin reallaşdırılması işini davam etdirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Özbəkistan   İslam-Kərimov   Lola-Kərimova  





Xəbər lenti