Rusiyadan qayıdan erməni deputatın təyyarəsi atəşə tutuldu

Rusiyadan qayıdan erməni deputatın təyyarəsi atəşə tutuldu
  02 Fevral 2018    Oxunub:2123
Suriyanın paytaxtı Dəməşqdə terrorçular Soçidən gələn və içərisində Suriya Milli Dialoq Konqresinin iştirakçıları olan təyyarəni atəşə tutub.
AzVision.az xəbər verir ki, bunu “news.am” saytına açıqlamasında təyyarədə olan Suriya parlamentinin üzvü, erməni əsilli deputat Jirayr Reisyan deyib. O, qeyd edib ki, terrorçular tərəfindən buraxılmış raket təyyarənin bir neçə metrliyinə düşüb: “İtki yoxdur, təyyarəyə ziyan dəyməyib”.

Qeyd edək ki, Soçidə Suriya böhranının həlli ilə bağlı Suriya Milli Dialoq Konqresi keçirilib. Konqresin iştirakçıları arasında Konstitusiya Komissiyasının yaradılmasına dair razılıq əldə olunub. Konstitusiya Komissiyası BMT-nin 2254 qətnaməsinə uyğun olaraq yaradılıb. Suriyanın yeni Konstitusiyasını hazırlayacaq yeni qurumun fəaliyyəti Cenevrədə təşkil olunacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Suriya   İŞİD  





Xəbər lenti