ABŞ məzunları Azərbaycanda FLEX proqramının 25 illiyini qeyd edirlər

ABŞ məzunları Azərbaycanda FLEX proqramının 25 illiyini qeyd edirlər
  02 Fevral 2018    Oxunub:4372
ABŞ-ın Bakıdakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Bakı ofisi fevral ayının 1-də FLEX məzunlarının 25 illik uğurlarını və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında davam edən mədəniyyət və ideyalar mübadiləsini qeyd edən FLEX proqramının 25 illik yubileyi münasibətilə 1 illik tədbirlər silsiləsini açıq elan etdi.
Bu barədə ABŞ səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

FLEX mübadilə proqramının əsas məqsədi Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşma və uzunmüddətli münasibətləri inkişaf etdirməkdir.

Tədbirin açılış çıxışında səfir Robert F. Sekuta son 25 ildə FLEX proqramının Azərbaycana müsbət təsirini və FLEX məzunlarının Azərbaycan cəmiyyətinə verdiyi töhfələri vurğuladı. Beynəlxalq Təhsil üzrə Amerika Şurasının ölkə üzrə direktoru Codi Blənkenşip və FLEX proqramının bir neçə məzunu proqramın Azərbaycana və onların həyatına necə təsir etməsindən danışdılar. 1993-cü il məzunu Sovet dövrü məktəbi və cəmiyyətindən sonra bu proqramın onun gözlərini yeni qlobal bir perspektivə açmağından danışdı.

1993-cü ildə başlayan ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi (FLEX) proqramı, rəqabətli və xüsusi seçim prosesinə əsaslanan təqaüd proqramıdır. FLEX təqaüdü qazanan şagirdlər Amerika Birləşmiş Ştatlarında könüllü ailə ilə yaşamaq və ABŞ orta məktəbində bir tədris ili ərzində təhsil almaq üçün təqaüd qazanmaq uğrunda çox sayda imtahan mərhələlərindən keçirlər. Mübadilə ili ərzində onlar liderlik qabiliyyəti qazanır, Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənir və eyni zamanda amerikalılara Azərbaycan və onun mədəniyyəti barədə məlumat verirlər. Azərbaycanda təxminən 1000 FLEX məzunu var. Onların əksəriyyəti hazırda fəaliyyət göstərdikləri sahələrdə liderlərdir və Azərbaycan üçün güclü bir gələcəyin qurulmasına mühüm töhfələr verirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   FLEX  





Xəbər lenti