Afrindən Türkiyəyə 4 raket atılıb

Afrindən Türkiyəyə 4 raket atılıb
  02 Fevral 2018    Oxunub:1667
“Zeytun budağı” əməliyyatının keçirildiyi Afrindən Türkiyənin Kilis və Hatayın Reyhanlı bölgələrinə raket zərbələri endirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçular Afrindəki mövqelərindən Kilisə 3 raket atıb. Onlardan biri yola, digər 2-si boş əraziyə düşüb.

Daha bir raket Hatayın Reyhanlı bölgəsinə atılıb. Raket zərbələri nəticəsində ölən və yaralanan olmayıb.

Ötən gün Kilisə atılan raket restorana düşüb, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatının başladığı gündən indiyədək Afrindən Türkiyə ərazisinə 60 raket atılıb. Hücumlar nəticəsində 5 nəfər ölüb, 77 nəfər yaralanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Afrin   Türkiyə   Raket  





Xəbər lenti