Ermənistanda 10 yaşlı qız borca görə girov götürülüb

Ermənistanda 10 yaşlı qız borca görə girov götürülüb
  02 Fevral 2018    Oxunub:1985
Ermənistanda borca görə 10 yaşlı uşaq oğurlanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün Kotayk vilayətində baş verib.

37 yaşlı qadın polisə müraciətində bildirib ki, həmyerlisi 44 yaşlı qadın onun 10 yaşlı qızını aldadaraq evinə aparıb və orada girov saxlayır.

Məlum olub ki, uşağın anası həmin qadına pul borcludur və pulu qaytarmadığı üçün qızı girov götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Ermənistan   Uşaq   Oğurluq  





Xəbər lenti