İki hərbi helikopter qəzaya uğradı: Ölənlər var (VİDEO)

İki hərbi helikopter qəzaya uğradı: Ölənlər var (VİDEO)
  02 Fevral 2018    Oxunub:4290
Fransada iki hərbi helikopter qəzaya uğrayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqində yerləşən Var departamentində, Sen-Trope kurort şəhərindən 50 kilometr məsafədə yerləşən Karsez gölü yaxınlığında yerli vaxtla səhər saat 10 radələrində qeydə alınıb.

Qəza zamanı 5 nəfər həlak olub, bir nəfərin isə taleyi məlum deyil, onun axtarışına üç helikopter cəlb olunub. Qəzanın səbəbi araşdırılır.



AzVision.az


Teqlər: Fransa   Qəza   Helikopter  





Xəbər lenti