"Azərbaycan idman ölkəsi kimi tanınır" - Azad Rəhimov

"Azərbaycan idman ölkəsi kimi tanınır" - Azad Rəhimov
  02 Fevral 2018    Oxunub:2252
“Azərbaycan qara qızılını insan kapitalına çevirə bildi. 2019-cu ildə 15-ci Gənclər Olimpiya oyunları, 2020-ci ildə isə Futbol üzrə Avropa Çempionatının oyunları Bakıda keçiriləcək”.

AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov İllik Gənclər Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır:
“Bakı Şəhər Halqasında gənclərin müvafiq təcrübə qazanması üçün hər şərait yaradılıb. Əgər “Bakı 2015” I Avropa Oyunlarına 500 xarici mütəxəssis cəlb edilmişdisə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında bu mütəxəssislərin sayı 50-yə qədər düşmüşdü. Bu rəqəmlər ötən iki il ərzində gənclərimizin necə böyük təcrübə qazanmalarının baris göstəricisidir”.

A.Rəhimov bildirib ki, Azərbaycan Aşqabadda keçirilən Asiya Oyunlarının açılışının təşkil olunmasına yardım edib.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər: Azad-Rəhimov   Nazir   Asiya-Oyunları  





Xəbər lenti