955 şaxtaçı xilas edildi

955 şaxtaçı xilas edildi
  02 Fevral 2018    Oxunub:1445
Cənubi Afrika Respublikasında yerin altında qalan 955 şaxtaçının xilas olunması əməliyyatı başa çatıb.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, şaxtaçılar təxminən 2 gün 1000 metrə qədər dərinlikdə yerin altında qalıblar.

Qeyd olunub ki, güclü qasırğa səbəbindən enerji qüllələrindən birinin zədələnməsi nəticəsində qızıl mədəninin elektrik təchizatı kəsilib və şaxtaçıları mədəndən çıxaran liftlər dayanıb. Bu gün səhər saatlarında liftlərdən birinin fəaliyyəti bərpa olunub və şaxtaçılar sağ olaraq çıxarılıb.

AzVision.az


Teqlər: CAR   Mədən  





Xəbər lenti