Şimali Koreya Paralimpiya Oyunlarına dəvət olunub

Şimali Koreya Paralimpiya Oyunlarına dəvət olunub
  02 Fevral 2018    Oxunub:1565
Beynəlxalq Paralimpiya Komitəsi Koreya Xalq Demokratik Respublikasını (KXDR) martın 9-18-də Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştiraka dəvət edib.
AzVision.az xəbər verir ki, KXDR dəvəti qəbul edəcəyi halda bu, Şimali Koreya idmançılarının Qış Paralimpiya Oyunlarında ilk iştirakı olacaq.

Qeyd edək ki, hələlik KXDR Beynəlxalq Paralimpiya Komitəsinin dəvətinə münasibət bildirməyib.

AzVision.az


Teqlər: KXDR  





Xəbər lenti