Türkiyəli jurnalist Afrində yaralanıb

Türkiyəli jurnalist Afrində yaralanıb
  02 Fevral 2018    Oxunub:1426
Suriyanın Afrin bölgəsində keçirilən antiterror əməliyyatlarını işıqlandıran türkiyəli jurnlist Sarp Özər yaralanıb.
AzVision.az xəbər verir ki, “Anadolu” agentliyini təmsil edən jurnalistin yaxınlığına raket və top mərmisi düşüb. Nəticədə o, əl və ayaq nahiyəsindən xəsarət alıb.

S.Özər ilkin tibbi yardımdan sonra Türkiyədə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

AzVision.az


Teqlər: Afrin   Türkiyə   Anadolu   Jurnalist  





Xəbər lenti