"Əli və Nino" filmi Genuyada nümayiş etdirilib
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta filmin süjet xətti və əhəmiyyətindən bəhs edib, həmçinin əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib.
İtaliyadakı səfirliyimizin əməkdaşı Erkin Heydərli çıxışında nümayiş olunan filmin yalnız sevgi hekayəsi deyil, həmçinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən bəhs etdiyini qeyd edərək, onun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün işıqlandırılması baxımından əhəmiyyətini vurğulayıb. Filmin nümayişinin AXC-nin yaradılmasının 100 illiyinə təsadüf etdiyini bildirən diplomat həmin dövr haqqında məlumat verib.
Filmin nümayişi ilə yanaşı, tədbir iştirakçılarına ölkəmizlə bağlı təbliğat materialları paylanılıb, həmçinin Azərbaycan şərablarından nümunələr təqdim edilib.
AzVision.az