İlk özəl kredit bürosu fəaliyyətə başlayıb

İlk özəl kredit bürosu fəaliyyətə başlayıb
  03 Fevral 2018    Oxunub:1738
Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkəmizdə ilk özəl kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC yaradılıb.
Bürodan AzVision.az-a verilən məlumata görə, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun Baş Direktoru Elçin Həbibov təyin edilib.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.

“Azərbaycan kredit bürosu” MMC-nin mərkəzi ofisi “World business center” iş mərkəzində (Səməd Vurğun küçəsi, 43) yerləşir.

AzVision.az


Teqlər: Kredit-Bürosu  





Xəbər lenti