Ankaradakı partlayışı PYD törədib

Ankaradakı partlayışı PYD törədib
  03 Fevral 2018    Oxunub:1410
Ötən gün Ankarada vergi müfəttişliyinin binasında baş verən partlayışa bomba səbəb olub.
NTV telekanalının məlumatına görə, bu barədə Ankara valiliyinin yaydığı açıqlamada bildirilib.

Məlumata əsasən, partlayıcı qurğunu binaya PYD terror təşkilatı ilə əlaqəli şəxs keçirib. O, Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Hadisə ilə əlaqədar 8 nəfər saxlanılıb.

Qeyd edək ki, fevralın 1-də Ankarada Çukurambar rayonunda, vergi müfəttişliyinin binasında partlayış baş verib. İnsident nəticəsində 3 nəfər yaralanıb.

AzVision.az


Teqlər: PKK   Ankara   Partlayış  





Xəbər lenti