Ruhani Səudiyyədə

Ruhani Səudiyyədə
  29 Sentyabr 2013    Oxunub:1213
İran Prezidenti Həsən Ruhaninin Səudiyyə Ərəbistanına səfəri gözlənilir. Onun qarşıdakı Həcc mərasimində iştirak edəcəyi ehtimal olunur.
AzVision.azTrend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmirabdullahian deyib.

H.Əmirabdullahian bildirib ki, Səudiyyə Ərəbistanı tərəfindən Prezident H.Ruhaninin Həcc ziyarətinə dəvət edilməsi ilə bağlı xəbərlər yayılsa da, hələ rəsmi dəvət göndərilməyib.

O, qeyd edib ki, Səudiyyə Ərəbistanı bölgədə önəmli ölkələrdən biridir: "İran və Səudiyyə Ərəbistanı regionun aparıcı ölkələrindəndir və bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi islam dünyasında və bölgədə bir sıra problemlərin həllinə yardım edə bilər".


Teqlər:  





Xəbər lenti