Türkiyə ordusu 897 terrorçunu məhv edib

Türkiyə ordusu 897 terrorçunu məhv edib
  03 Fevral 2018    Oxunub:1682
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatında terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 15 hədəf məhv edilib.

Məlumatda qeyd olunub ki, "Zeytun budağı" əməliyyatında indiyədək 897 terrorçu zərərsizləşdirilib.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   TSQ   Suriya   Zeytun-budağı  





Xəbər lenti