Ermənistanın dövlət borcu 12% artıb

Ermənistanın dövlət borcu 12% artıb
  03 Fevral 2018    Oxunub:1407
2017-ci ilin son gününə olan məlumata əsasən, Ermənistanın dövlət borcu 6 milyard 774 milyon dollar olub.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla Ermənistanın dövlət borcu il ərzində 12% artıb.

Ermənistanın xarici dövlət borcu isə il ərzində 689 milyon dolar artıb. 2017-ci ilin dekabrın 31-nə olan məlumata görə, ölkənin xarici dövlət borcu 5 milyard 494 milyon dollar olub.

Ermənistanın daxili borcu da müvafiq dövr ərzində 143 milyon dollar artaraq 1 milyard 279 milyon dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Borc  





Xəbər lenti