Nigeriyada kollecə silahlı hücum – 50 ölü

Nigeriyada kollecə silahlı hücum – 50 ölü
  29 Sentyabr 2013    Oxunub:1114
AzVision.az The Guardiana istinadən xəbər verir ki, Nigeriyanın şimal şərqində kollecə basqın olub. Yatan uşaqları amansızcasına güllə atəşinə tutan cinayətkarlar 50 nəfərin həyatına son qoyub.
İlkin şübhələr Boko Haram radikal qruplaşmasınadır. Hadisənin baş verdiyi Nigeriyanın şimal- şərqindəki Damaturu şəhərindəki Yobe kolleci qarşıdurmaların baş verdiyi ərazidən 40- km aralıdadır. Səhər 01:00 radələrində kollecə basqın edən silahlı dəstə yatan uşaqlara atəş açmaqla yanaşı, sinif otaqlarında yandırıb.

Kollecin rektoru qurbanların sayın dəqiq deyə bilməsə də, ilkin məlumatlara görə 50 uşaq qətlə yetirilib, 100-uşaq isə hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şimal Şərqi Nigeriyada Boko Haram terrorist qruplaşmasının üsyanı qaldırdığı üsyan nəticəsində Yüzlərlə mülkü şəxs həyatını itirib.


Teqlər:





Xəbər lenti