ABŞ-da 16 uşaq qripdən ölüb

ABŞ-da 16 uşaq qripdən ölüb
  03 Fevral 2018    Oxunub:1451
ABŞ-da keçən həftə ərzində 16 uşaq qrip xəstəliyindən ölüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) dərc etdiyi hesabatda bildirilir ki, kəskin qriplə yoluxma halları artıq 48 ştatda qeydə alınıb.

Mərkəz tərəfindən iki həftə ərzində yığılan statistik məlumata görə, keçən həftə 17 min 24 yeni və laboratoriya tərəfindən təsdiqlənmiş qriplə yoluxmuş xəstə qeydə alınıb.

AzVision.az


Teqlər: ABŞ   Qrip  





Xəbər lenti