Türkiyədə futbolçu qətlə yetirilib

Türkiyədə futbolçu qətlə yetirilib
  03 Fevral 2018    Oxunub:2119
Türkiyənin Hatay vilayətində futbolçu qətlə yetirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, uzun illər professional futbolla məşğul olan Enes Burak Barış silahlı hücuma məruz qalıb.

Məlumata görə, gecə saatlarında iki naməlum şəxs futbolçunun idarə etdiyi avtomobilə yaxınlaşaraq atəş açıb. Başından güllə yarası alan Enes hadisə yerində dünyasını dəyişib. Qətli törədən şəxslər qaçıblar. Cinayətin hansı səbəbdən baş verdiyi araşdırılır.

AzVision.az


Teqlər: Türkiyə   Futbolçu   Qətl  





Xəbər lenti