Mitinq başlayıb

Mitinq başlayıb
  29 Sentyabr 2013    Oxunub:1057
Bu gün Bakının Yasamal rayonunda Müasir Müsavat partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev seçiciləriylə görüşür.
«Opponentlərimiz çalışır ki, Azərbaycanda sabitlik pozulsun. Bəzi qüvvələr istəyir ki, bizi assınlar. Biz dövlətçiliyimizi müdafiə edirik». AzVision.az Azadlıq.org-a istinadən xəbər verir ki, bunu Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyevsentyabrın 29-da seçicilərlə keçirdiyi görüşündə bildirib.

Hafiz Hacıyev çıxışında deyib ki, «bu gün Ermənistan boşalıb. Onları qaçırdan Azərbaycanın bu günükü inkişafıdır. Ya mən, ya da İlham Əliyev prezident olsa elan edəcəyik ki, Xankəndi Azərbaycanın paytaxtı olacaq».

Hafiz Hacıyev Milli Şuradan danışıb: «Bunlar o qədər xəyanətkardırlar ki, axtarıb heç kimi tapmadılar, Cəmil Həsənlini gətirdilər. Cəmil Həsənlinin kürəkəni ermənidir, ingilis familiyası danışır. Biz yol verə bilmərik ki, belə adamlar dövləti idarə etsin».

«Bu hakimiyyətin içində oğru da, satqın da, onlarla bir yerdə olmaq istəyən adamlar da var. Azərbaycan hakimiyyəti daxilində bunlara dəstək verən adamlar var. Dünən bizim gəncləri aldadırlar, dünən bura 50 nəfər gənci yığmışdılar bura, nalayiq hərəkətlər edirdilər. Bunların məqsədi odur ki, büdcədə olan pulları gəlib dağıtsınlar, nefti, qazı başqalarına su qiymətinə versinlər».


Teqlər:  





Xəbər lenti