Suriyada Rusiyanın hərbi təyyarəsi vuruldu - Yenilənib

Suriyada Rusiyanın hərbi təyyarəsi vuruldu - Yenilənib
  04 Fevral 2018    Oxunub:2684
Rusiyanın Müdafiə Nazirliyi Suriyada "Su-25" təyyarəsinin vurulmasını təsdiqləyib.
Nazirliyin yaydığı məlumata əsasən, Rusiyaya məxsus qırıcını terrorçular vurub. Pilot katapult etsə də, silahlar tərəfindən öldürülüb.

Təyyarənin zenit-raket kompleksindən vurulduğu bildirilir.

Qeyd edək ki, pilotun katapult etdiyi ərazi “Cəbhət ən Nüsrə” qruplaşmasının nəzarətində olub.

***
(20:34)

Suriyanın İdlib şəhərində hərbi təyyarə vurulub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Suriya müxalifləri tərəfindən vurulan “Su-25” tipli təyyarənin Rusiyaya məxsus olduğu bildirilir.

Məlumata görə, təyyarə raketlə vurulub, katapult edən pilot üsyançıların əlinə keçib.

AzVision.az


Teqlər: Suriya   Rusiya   Təyyarə  





Xəbər lenti