Türkiyə Afrində 7 şəhid verdi, 899 terrorçu məhv edildi

Türkiyə Afrində 7 şəhid verdi, 899 terrorçu məhv edildi
  04 Fevral 2018    Oxunub:1927
Bu gün Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında Türkiyə ordusunun 7 əsgəri şəhid olub.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bu günədək Afrində əməliyyatlarda 13 əsgər şəhid olub, 57 hərbçi yaralanıb, 899 terrorçu isə məhv edilib.

PKK, PYD, YPG, İŞİD terror təşkilarına məxsus sığınacaq, silah anbarı, düşərgələr daxil olmaqla 538 hədəf vurulub, bir neçə strateji məntəqə ələ keçirilib.

Əməliyyatlar uğurla davam edir.

AzVision.az


Teqlər: Afrin   Suriya   Türkiyə   TSQ  





Xəbər lenti