"Su-25"ə görə 30-dan çox terrorçu öldürüldü

"Su-25"ə görə 30-dan çox terrorçu öldürüldü
  04 Fevral 2018    Oxunub:1567
Rusiya silahlı qüvvələri Suriyada "Su-25" qırıcı təyyarəsinin vurulmasından sonra "Nüsra cəbhəsi" terror qruplaşmasının yaraqlılarına cavab zərbəsi endirib.
Rusiya KİV-lərinin məlumatına görə, İdlib əyalətində terrorçuların nəzarəti altında olan əraziyə vurulan zərbələr nəticəsində 30-dan çox terrorçu öldürülüb.

Qeyd edək ki, bu gün Suriyanın İdlib şəhərində Rusiya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə terrorçular tərəfindən vurulub. Raketlə vurulan "Su-25" təyyarəsinin pilotu katapult etsə də, silahlar onu öldürüblər.

AzVision.az


Teqlər: Rusiya   Suriya   Terror  





Xəbər lenti