İki aviaşirkət Bakıya uçuşla bağlı saziş imzalayıb

  04 Fevral 2018    Oxunub : 1027
İki aviaşirkət Bakıya uçuşla bağlı saziş imzalayıb
Yaponiyanın “Japan Airlines” aviaşirkəti “Qatar Airways” aviaşirkəti ilə Bakıya uçuşlar üçün kod-şerinq barədə razılıq əldə edib.
Kod-şerinq Dohadan Bakıya, eləcə də İstanbul, Ankara, Nayrobi, Amman və digər şəhərlərə uçuşlar üçün tətbiq olunacaq.

Bildirilir ki, saziş 2018-ci ilin aprerlin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, kod-şerinq bir aviareysin iki və ya daha çox aviaşirkət tərəfindən birgə kommersiya istismarı barədə sazişdir. (Trend)

AzVision.az

Teqlər: Aviaşirkət   Bakı   Uçuş