Moskvada qasırğa xəbərdarlığı elan olundu

Moskvada qasırğa xəbərdarlığı elan olundu
  04 Fevral 2018    Oxunub:2468
Rusiya paytaxtının meri Sergey Sobyanin “Twitter” səhifəsində Moskvada güclü qar və küləyin bir nəfərin həlak olması ilə nəticələndiyini yazıb.

Moskva ətrafında ağacın aşması bir nəfərin həyatına son qoyub. Kəskin hava şəraiti nəticəsində daha 5 nəfər xəsarət alıb.
Moskva meri küçədə ağacların və elektrik xətlərinin altından keçməməyi məsləhət görüb.

Hazırda Moskvada qasırğa xəbərdarlığı elan olunub, qarın güclənəcəyi, küləyin sürətinin saniyədə 15-20 metrə çatacağı gözlənilir. Moskva hava limanlarında onlarla aviareys təxirə salınıb.

AzVision.az


Teqlər: Moskva   Rusiya   Qasırğa  





Xəbər lenti