ABŞ-da qatar qəzası: 2 ölü, 116 yaralı (Yenilənib)

ABŞ-da qatar qəzası: 2 ölü, 116 yaralı (Yenilənib)
  05 Fevral 2018    Oxunub:2223
ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 2 nəfər ölüb, 116 nəfər yaralanıb.
Рadisə Payn Ric şəhəri yaxınlığında baş verib. Qəza zamanı Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb.

***
(19:12)


ABŞ-ın Cənubi Karolina ştatında sərnişin qatarı yük qatarı ilə toqquşub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 70 nəfər xəsarət alıb.

Hadisə “Amtrak” şirkətinə məxsus sərnişin qatarı Nyu-York-Mayami marşrutu ilə hərəkət edərkən baş verib.

Əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.

AzVision.az


Teqlər: ABŞ   Qəza   Qatar   Xəstəxana  





Xəbər lenti