Ərdoğan Afrində öldürülən terrorçuların sayını açıqladı

Ərdoğan Afrində öldürülən terrorçuların sayını açıqladı
  05 Fevral 2018    Oxunub:2127
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında indiyədək öldürülən terrorçuların sayını açıqlayıb.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Afrində PKK, PYD, YPG, İŞİD qruplaşmasının məhv edilən üzvlərinin sayının 935-ə çatdığını bildirib.

İtaliyaya səfərə hazırlaşan Türkiyə prezidenti Vatikanda keçirdiyi görüşlərdə Afrin əməliyyatı, Küds və digər önəmli məsələlərlə bağlı müzakirələr aparacağını vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Afrin   Suriya  





Xəbər lenti