Türkiyənin 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb

Türkiyənin 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb
  05 Fevral 2018    Oxunub:1745
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında daha 2 əsgəri şəhid olub, 5 hərbçi isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, Afrində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 965 terrorçu zərərsizləşdirilib.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Şəhid  





Xəbər lenti