Anastasiadis yenidən prezident seçildi

Anastasiadis yenidən prezident seçildi
  05 Fevral 2018    Oxunub:1400
Cənubi Kiprin hazırkı rəhbəri Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində yenidən qələbə qazanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Anastasiadis seçicilərin 56 faiz səsini toplayıb. Onun rəqibi “AKEL” partiyasının nümayəndəsi Stavros Malas isə ikinci turda 44 faiz səs yığıb. Ölkə üzrə seçici fəallığı 73,97 faiz təşkil edib.

Seçkinin ilkin nəticələrinə əsasən, sağçı “DİSİ” partiyasından namizədi Nikos Anastadiadis növbəti dəfə ölkənin prezidenti seçilib.

Qeyd edək ki, Kiprin yeni prezidenti öz vəzifələrinin icrasına fevralın 28-də başlayacaq.

AzVision.az


Teqlər: Kipr   Prezident   Seçki  





Xəbər lenti