205 Taliban öldürüldü

205 Taliban öldürüldü
  29 Sentyabr 2013    Oxunub:1357
Əfqanıstanda əməliyyatlar zamanı 205 "Taliban" üzvü öldürülüb
Əfqanıstanın bir sıra vilayətlərində son bir həftə ərzində yerli təhlükəsizlik qüvvələri və koalisiya qoşunları tərəfindən keçirilən əməliyyatlar zamanı "Taliban"ın 205 üzvü öldürülüb, 58-si yaralanıb.

AzVision.az "Zaman" qəzetinə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi əməliyyatlar nəticəsində "Taliban"ın 110 üzvünün saxlanıldığını açıqlayıb.
Polis əməliyyatlar zamanı müxtəlif silahlar, 68 ədəd mina və 270 kq narkotik maddə ələ keçirib.

"Taliban"ın açıqlamasında isə yola qoyulan minanın partlaması nəticəsində 50 əfqan və əcnəbi əsgərin öldüyü, 47-nin yaralandığı iddia edilir.


Teqlər:





Xəbər lenti