Avropa Məhkəməsindən Ermənistan əleyhinə qərar

Avropa Məhkəməsindən Ermənistan əleyhinə qərar
  05 Fevral 2018    Oxunub:2605
İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistana qarşı daha bir qərar qəbul edib.

AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, Ermənistanın Gömrük İdarəsinin əməkdaşı Yevgeni Fidanyan öz ölkəsindən şikayət edib.
Avropa Məhkəməsi Fidanyanın iddiasını təmin edib, Ermənistan hökumətinin əleyhinə qərar çıxarıb.

Məhkəmənin qərarına əsasən, Ermənistan hökuməti sabiq xidmət əməkdaşına 19065 avro təzminat ödəməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Avropa-Məhkəməsi   Şikayət  





Xəbər lenti