Ermənistan əhalisinin sayı kəskin azalır

Ermənistan əhalisinin sayı kəskin azalır
  05 Fevral 2018    Oxunub:3356
2018-ci ilinin 1 yanvar tarixinə olan məlumata görə, Ermənistanda əhalinin sayı 2 milyon 972 min 900 nəfər təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika İdarəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ermənistan əhalisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13200 nəfər azalıb. Son iki ildə isə Ermənistan əhalisinin sayı 25700 nəfər azalıb.

Qeyd edək ki, Ermənistanda otraömürlülük müddəti 75 yaşdır. Qadınlar üçün ortastatik göstərici 78,3, kişilər üçün 71,6 yaş olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Əhali  





Xəbər lenti